Qubada iki nəfər faciəli şəkildə ölüb.
Panarama.az bildirir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, gecə saatlarında 1987-ci il təvəllüdlü Mehyəddin Məmmədov və 1992-ci il təvəllüdlü Aysel Əzizova qarajda olan minik avtomobilində görüşüblər.
Avtomobilin kondisionerin işlək vəziyyətdə olması qarajda dəm qazının yığılmasına və faciəyə səbəb olub. Hər iki şəxsin meyiti səhər saatlarında aşkarlanıb.
M.Məmmədov subay, A.Əzizova isə əvvəllər evli olub, iki övladı var.
Faktla əlaqədar olaraq Quba Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.