65cdd46904c1c202402240753
Azərbaycanda qeyri-sabit hava şəraiti BU TARİXƏDƏK davam edəcək

Fevral ayı mürəkkəb sinoptik şəraitlə fərqlənir. Qlobal iqlim dəyişmələrinin təsiri ilə bu ayda atmosfer prosesləri daha dinamik xarakterli olur.

 

Panarama.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə, Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

 

Onun sözlərinə görə, qısa zamanda həm isti, həm də soyuq dövr üçün xarakterik olan hava şəraiti formalaşır:

"Fevral ayının ilk ongünlüyündə ölkəyə daxil olan cənub istiqamətli axınların təsiri nəticəsində ölkə ərazisində qış fəslinə xas olmayan mülayim, yağmursuz və isti hava şəraiti müşahidə olunsa da, fevralın 15-dən şimaldan daxil olan soyuq hava kütlələrinın təsiri ilə havanın temperaturunun ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enəcəyi, arabir küləkli, fasilələrlə yağıntılı olacağı gözlənilir".

 

Sinoptikin sözlərinə görə, fevralın 15-dən Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib. Artıq Naxçıvan MR-də, Zaqatalada yağış, Şahdağda isə qar yağır.

 

Ölkə ərazisində qeyri-sabit hava şəraiti fevralın 18-dək davam edəcək.

15.02.2024 13:06
3112

(MGID): :
OXŞAR XƏBƏRLƏR