66dcf816d56f1202409240422
Azərbaycanda qızılın qiyməti bu qədər BAHALAŞACAQ - AÇIQLAMA

Dünya bazarlarında qızılın qiyməti qalxmaqda davam edir. Bu da təsadüfi deyil. Ötən dövr ərzində nə vaxt geosiyasi vəziyyət pisləşibsə, həmişə eyni hal müşahidə edilib. Ümumiyyətlə, qızıl bir qiymətli metal olaraq qlobal iqtisadiyyatda daim real vəziyyət göstəricisi sayılıb və sayılır. Qızılın qiymətinin günbəgün bahalaşması toy etmək istəyənləri də çətin vəziyyətə salıb. Toy mövsümünün başlamasına görə qızılın qiymətində yenidən artımın olacağı ilə bağlı fikirlər səsləndirənlər də var. Yaxın günlərdə qızılın qiymətində yenidən artım olacaqmı?

Mövzu ilə bağlı BiG.AZ-a danışan iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, dünyada baş verən siyasi, iqtisadi və hərbi proseslər qiymətli metallara, xüsusilə də qızıla olan tələbatı gücləndirir:

"İnsanlar adətən qeyri-stabillik hiss etdikdə, öz vəsaitlərini bu formada yatırım edərək saxlamağa çalışırlar. Banklar, zərgərlər, hətta dövlətlər belə, pulla yanaşı qızıl ehtiyatlarını da toplayır. Hazırda dünya bazarında da qızılın qiymətində artım müşahidə olunur. Ölkəmizə isə əsasən qızıl və ləl-cəvahirat daha çox xarici dövlətlərdən idxal edilir. Sözsüz ki, bu da qızılın qiymətinin artımasına təsir edir. Ləl-cəvahirat və qızıla olan təlabat çoxaldığından düşünürəm ki, oktyabr, noyabr, dekabr aylarında qızılın qiyməti 10% artacaqdır".

08.09.2024 05:04
150

(MGID): :
OXŞAR XƏBƏRLƏR