657c1b22a30da202312232346
Azərbaycanda sürücünü döyüb “Prius”unu əlindən aldılar
 Samux polisi sürücünü döyərək avtomobilini qaçıran şəxsləri saxlayıb.

Panarama.az bildirir ki, bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dekabr ayının 14-də axşam saatlarında Gəncə şəhər sakini A. Abdürrəhmanov DİN-in 102 Zəng Mərkəzi Xidmətinə müraciət edərək müştəri qismində əyləşən 2 nəfər naməlum şəxsin onu döyərək "Toyota-Prius" markalı avtomobilini əlindən alaraq qaçırdıqlarını bildirib.

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Sərxan Mürsəlov və Eşqin Mustafayev Samux rayon ərazisində saxlanılaraq aidiyyəti üzrə istintaqa təhvil verilib.

15.12.2023 13:23
480

(MGID): :
OXŞAR XƏBƏRLƏR