6584454da1f2c202312230149
Azərbaycanda tanınmış musiqiçi vəfat etdi - FOTO

Tanınmış virtouz sənətkar Məhərrəm Nəcəfzadə vəfat edib.

Panarama.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, 57 yaşlı musiqiçi Bakıda qəfil dünyasını dəyişib.

Qeyd edək ki, Məhərrəm Nəcəfzadə 15 musiqi alətində mükəmməl ifa bacarığı ilə tanınıb.

O, 2015-ci ildən İ.Əbilov adına Mədəniyyət Mərkəzinin bədii rəhbəri vəzifəsində çalışırdı.

M.Nəcəfzadə Əməkdar artist İlham Nəcəfovun qardaşıdır.

21.12.2023 16:29
967

(MGID): :
OXŞAR XƏBƏRLƏR