67087c6544311202410241621
Azərbaycanda televiziya kanalına yeni rəhbər təyin olundu

Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin tərkibində olan İdman kanalına yeni rəhbər təyin olunub.

Panarama.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, kanala Zaur Zeynal rəhbərlik edəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl kanalın direktoru Rövşən Binnətli vəzifəsindən kənarlaşdırılmışdı. Onun yerinə isə müvəqqəti olaraq tanınmış idman şərhçisi Fikrət Adıgözəlli təyin olunmuşdu.

11.10.2024 05:14
472

(MGID): :
OXŞAR XƏBƏRLƏR