66f2a9d380655202409240019
Azərbaycanda toy yasa çevrildi - 5 ölü var - YENİLƏNİB - FOTO

15:44

Biləsuvarda toy karvanında ağır yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Biləsuvar rayonu ərazisində baş verib. "Lada-012"markalı minik avtomobil, "MAN" markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilində olan 5 nəfər hadisə yerində ölüb, bir nəfər xəsarət alıb.

Xəsarət alan şəxs rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzaya düşən minik avtomobili Ağcabədidən Cəlilabada gəlin gətirən toy karvanının tərkibində olub.

-------

15:35

Biləsuvar rayonunda toy karvanı zamanı ağır yol qəzası baş verib.

Panarama.az AZƏRTAC-a istinadən bildirir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun rayonun Çaylı kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfərin öldüyü bildirilir, yaralılar var.

Faktla bağlı araşdırma aparılır.

24.09.2024 15:59
77

(MGID): :
OXŞAR XƏBƏRLƏR