6667b9ca63637202406244322
Azərbaycanda toy yaşa döndü- VİDEO

Yevlaxda 20 yaşlı şəxs özündən dörd yaş böyük olan həmyerlisini qətlə yetirib.

Dəhşətli hadisə şadlıq saraylarından birində keçirilən toy məclisində baş verib.

Qohumlarının toyuna gedən 24 yaşlı Elmir Abuşov məclisdə 20 yaşlı Tahir Abdullayevlə mübahisə edib. Tərəflər arasında mübahisə qanlı sonluqla bitib. Tahir Elmirə kəsici-deşici alətlə ağır xəsarət yetirib.

Elmir Abışov xəstəxanaya aparılarkən dünyasını dəyişib. Qətlə yetirilən 24 yaşlı şəxs ailəli olub və onun iki azyaşlı övladı var.

Ətraflı Baku TV-nin süjetində:


11.06.2024 06:40
176

OXŞAR XƏBƏRLƏR