670a616e0b51c202410244550
Azərbaycanda toya gedən müğənni maşını aşırdı: özü və prodüseri... - FOTO

Ucar rayonuna toya gedən müğənni və prodüseri Hacıqabul ərazisində qəzaya düşüb.

Panarama.az -ın APA-ya istinadla məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb.

Müğənni Bakı sakini, 33 yaşlı Şəlalə Əlisar qızı Yağız idarə etdiyi “KİA” markalı avtomobili yoldan çıxararaq aşırıb.

Nəticədə, sürücü və avtomobildə olan prodüser müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, müğənni və onun prodüseri Ucar rayonuna toy şənliyində iştirak etmək üçün gedirlərmiş.

Faktla bağlı araşdırma aparılır.

12.10.2024 15:43
469

(MGID): :
OXŞAR XƏBƏRLƏR