6534033a85721202310235834
Azərbaycanda toyda qorxulu anlar - Qonaqlar təxliyə olundu - FOTOLAR

Naxçıvanda toy keçirilən restoranda yanğın olub.

 

Panarama.az APA-ya istinadən bildirir ki, hadisə Naxçıvan şəhərində fəaliyyət göstərən restoranda qeydə alınıb.

 

Məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri cəlb olunub.

 

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

 

Yanğın nəticəsində xəsarət alan olmayıb. Toyda iştirak edənlər təxliyə olunub.

21.10.2023 20:53
434

(MGID): :
OXŞAR XƏBƏRLƏR