
Azərbaycanda tükürpədici hadisə: Ana və iki oğlu həbs edildi
05 İyun 2025
Balakəndə atasını qətlə yetirən yeniyetmə oğlanın anası və böyük qardaşı da həbs edilib.
Panarama.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onlar törədilən cinayəti gizlətməkdə təqsirli biliniblər.
Bu dəhşətli hadisə 2 il əvvəl, dekabr günlərinin birində baş verib. 15 yaşlı yeniyetmə anasını bıçaqla öldürmək istəyən atası Qəhrəman Bayramovun başına balta ilə vuraraq onu qətlə yetirib.
Hadisədən sonra anası Arzu Bayramova və 22 yaşlı qardaşı İlyas Bayramov onun məsuliyyətdən yayınması üçün cinayətin izlərini gizlətməyə qərar veriblər. Onlar əvvəlcə cinayət alətini gizlədib. Meyiti isə gecə saatlarında rayon ərazisindən keçən Mazımçaya atıblar.
Amma cinayətin üstü tez açılıb. Bir neçə gün sonra meyit çayın kənarına çıxıb, bununla da ailənin planı pozulub.
DİGƏR XƏBƏRLƏR
DAHA ÇOX
Xəbər Lenti
Pirşağıda atla dənizə girən şəxs həbs olundu
30.07.2025 13:55
Cəmiyyət
Abşeronda 22 yaşlı gəlinin qətlə yetirilməsinin TƏFƏRRÜATI
29.07.2025 13:04
Hadisə
"Hicab taxıb, bədənşəkilləndirmə etmək də günahdır"... FOTO
29.07.2025 05:33
Maqazin
Bakıda məsciddə dəhşətli QƏTL: Namazdan sonra yatdığı yerdə 30 bıçaq zərbəsi ilə ÖLDÜRÜLDÜ... VİDEO
28.07.2025 09:10
Hadisə
Sirlərinizi “ChatGPT”ə etibar etməyin - XƏBƏRDARLIQ
27.07.2025 19:09
Cəmiyyət
Sabah bu yollar bağlanacaq
26.07.2025 09:48
Cəmiyyət
Bu bürcləri sevgi, pul gözləyir - Adlar
25.07.2025 13:31
İnanc
Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər artırılır
24.07.2025 15:07
Cəmiyyət
“BRAVO" alıcıları aldatdı - CƏZALANDIRILDI
24.07.2025 10:35
Cəmiyyət
"Bazarstore" inzibati məsuliyyətə cəlb edilib
23.07.2025 17:02
Cəmiyyət