670e18fcc3629202410242548
Azərbaycanda vəzifəli şəxs müəlliməni qaçırdı

Gədəbəydə vəzifəli şəxs qız qaçırıb.

Panarama.az xəbər verir ki, Milli.Az-ın əldə etdiyi məlumata görə, Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatı idarəsinin baş mühəndisi Alim İsmayılov qız qaçırıb. 

Qarşı tərəf isə şikayətçi olduğuna görə sözügedən şəxs saxlanılıb.

Məlumata görə, qaçırılan şəxs rayonda müəllimə kimi çalışırmış və öz razılığı olmadan hadisə baş verib. 

Hazırda faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, Gədəbəy  rayon Kommunal Müəssisələri Kombinatı Gədəbəy rayon İcra Hakimiyyətinin alt qurumlarından biridir. 

15.10.2024 11:25
375

(MGID): :
OXŞAR XƏBƏRLƏR