Azərbaycanda yas mərasimində faciə yaşandı: 100-dən çox adam xəstəxanalıq oldu
Gəncədə yas mərasimində zəhərlənənlərin sayı artıb.
Qlobal.net xəbər verir ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya 83 nəfər, Z.Məmmədov adına 3 nömrəli xəstəxanaya isə 13 nəfər yerləşdirilib. Digər doqquz zərərçəkən isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.
Əlavə məlumat veriləcək.
Faktla bağlı araşdırma davam etdirilir.