"Şamaxı" futbol klubunun İdarə Heyətinin üzvü, Şamaxı rayonunun Maliyyə idarəsinin rəisi Seyran Alcanov vəfat edib.
Panarama.az azxeber.com-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesabında məlumat verilib.
"Mərhuma Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk", - deyə məlumatda qeyd edilib.