Xəzər dənizinin Azərbaycan akvatoriyasında 4 maqnitudalı zəlzələ olub.
Panarama.az bildirir ki, bu barədə Manset.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Xəzər dənizində zəlzələ qeydə alınmışdır”, – məlumatda nəql edilib.
Bildirilib ki, yeraltı təkanların ocağı 65 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 00:14-də qeydə alınıb.