Lənkəran rayonu ərazisində zəlzələ olub.
Panarama.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə Seysimoloji Mərkəzdən məlumat verilib.
Qeyd olunub ki, yerli vaxtla saat 19:54-də Lənkəran rayonu ərazisində maqnitudası 3.6 olan yeraltı təkan qeydə alınıb.
Zəlzələ yerin 12 kilometr dərinliyində baş verib.
Təbiət hadisəsi 3 bala qədər hiss olunub.