Şamaxıda 3.1 maqnitudalı zəlzələ olub.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Yeraltı təkanlar saat 07:29-da Qobustan stansiyasından 28 kilometr qərbdə qeydə alınıb.
Zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.