Azərbaycanda ZƏLZƏLƏ OLDU
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 04.06.2025-ci il tarixində yerli vaxtla saat 23:32-də Lerik rayonu ərazisində 17 km dərinlikdə 3.6 maqnituda zəlzələ qeydə alınıb.
Panarama.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
---------23:43Lənkəranda zəlzələ olub
Panarama.az bildirir ki, Milli.Az-ın verdiyi xəbərə görə, yeraltı təkanlar yerli vaxtla 23:34 radələrində baş verib.
Zəlzələ təqribən 3-4 bal gücündə hiss edilib.