6773fa7685a0c202412240646
Azərbaycanın Əməkdar artisti VƏFAT ETDİ - FOTO

"Hicran" tamaşasının Orxanı, Əməkdar artist Bəhram Əliyev vəfat edib.

 

Panarama.az Sfera.az-a istinadən bildirir ki, aktyor bu gün səhər saatlarında dünyasını dəyişib.

 

Qeyd edək ki, Əliyev Bəhram Babaxan oğlu 1950-ci ildə Neftçala rayonunda anadan olub.


1979-cu ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Ş. Məmmədova adına Opera studiyasında, Dövlət Xor Kapellasında çalışıb.

 

1993-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işləyib. Tenor səs tembrinə malik yüksək dərəcəli solist vokalçıdır.

 

Allah rəhmət eləsin!

 

31.12.2024 18:05
2110

(MGID): :
OXŞAR XƏBƏRLƏR