678dfec3be205202501254403
Azərbaycanın Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Əməkdar artist Mövsüm Hüseynov vəfat edib.

 

Panarama.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə Sumqayıt Dövlət Dram Teatrından məlumat verilib.

 

Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra həyatını itirib.

 

Qeyd edək ki, Mövsüm Hüseynov 1958-ci il iyun ayının 13-də Laçın rayonunda anadan olub.

 

Aktyor Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında və Bakı Bələdiyyə Teatrında çalışıb.

 

O, 16 oktyabr 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.

    20.01.2025 11:43
    2386

    (MGID): :
    OXŞAR XƏBƏRLƏR