662fff520ae33202404241306
Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub

Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyeva Yunanıstanın Rodos adasında təşkil edilən Avropa çempionatında qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, sonuncu – X turda Gürcüstan təmsilçisi Nina Batsiaşvili ilə heç-heçə edən iti zəka sahibi qitə çempionluğunu qazanıb.

Bu nəticədən sonra xallarını 8,5-ə çatdıran Ü. Fətəliyeva rəqibləri üçün əlçatmaz olub.

Qeyd edək ki, Avropa Şahmat İttifaqı tərəfindən qadınlar arasında şəxsi Avropa çempionatı 2000-ci ildən təşkil olunur. Ülviyyə Fətəliyeva şəxsi qitə çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.


30.04.2024 00:11
467

(MGID): :
OXŞAR XƏBƏRLƏR