663f2a619c67a202405242049
Azərbaycanın təklifini qəbul etmək xəyanət olar - Lalə

Rusiya gimnastikasının lideri, Azərbaycan əsilli Lalə Kramarenko bu ölkənin mətbuatına geniş müsahibə verib.

Panarama.az publika.az-a istinadən xəbər verir ki, müsahibə zamanı Laləyə Azərbaycandan təklif gələrsə, qəbul edib-etməyəcəyi ilə bağlı sual verilib.

O, Azərbaycanın təklifini qəbul etməyin xəyanət olacağını bildirib:

- Tutaq ki, sabah Azərbaycan siz dəvət etdi. Olimpiya Oyunlarında iştirak xatirinə bu dəvəti qəbul edərsiniz?

- Yox (gülür). Mən qısa, amma aydınam. Bu o demək deyil ki, mən Azərbaycan üçün yarışa bilmərəm. Bu, sadəcə, bir növ şəxsi ambisiya və emosiyalardır. Mən ölkəmə xəyanət edə bilmərəm. Bu, bir növ xəyanətdir.

Qeyd edək ki, Lalənin babası Sergey Kramarenko "Neftçi"nin əfsanəsi olub. Onun atası Dmitri Kramarenko isə Azərbaycan yığmasının qapıçısı olub.

11.05.2024 12:19
175

OXŞAR XƏBƏRLƏR