65e1cb78ad3aa202403243504
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırıldı

Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılıb.

Panarama.az report-a istinadən xəbər verir ki, bununla əlaqədar martın 1-də Bakıda "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında" Saziş imzalanıb.

Sənədi Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev və Albaniyanın xarici işlər nazirinin müavini Besart Kadia imzalayıblar.

01.03.2024 16:34
301

(MGID): :
OXŞAR XƏBƏRLƏR