676bd5c312439202412245203
Azərbaycanla Rusiya araşdırmanın bu mərhələsinə buraxılmayacaq

“Rusiya və Azərbaycanın Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin kriminalistik ekspertizasında iştirakına icazə verilməyəcək”.

 

Panarama.az Sfera.az-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Baş nazirinin müavini, qəzanı araşdıran xüsusi komissiyanın rəhbəri Kanat Bozumbayev Aktauda keçirdiyi brifinqdə bildirib.

 

“Qadağaya gəlincə, söhbət məhkəmə-tibbi ekspertizadan gedir. Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanlarına araşdırmanın bu mərhələsində iştirak etməyə icazə verilməyəcək, lakin qəzanın birbaşa araşdırılmasında iştirak edəcəklər.

 

Bu gündən Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanları bizim əməliyyat-istintaq qrupunun üzvü deyil və istintaq hərəkətləri həyata keçirmir. Bütün bunları Qazaxıstanın istintaq-əməliyyat qrupu - polis və prokurorluq həyata keçirir” , - Bozumbayev bildirib

27.12.2024 00:22
112

(MGID): :
OXŞAR XƏBƏRLƏR