68371afbdf14f202505251731

Azərbaycanlı 9 qat dünya çempionu Türkiyədə bıçaqlandı - VİDEO

28 May 2025
847

Kikboksinq və muay-tay üzrə 9 qat dünya, 3 qat Avropa çempionu, Muay-Tay və Tayboksinq federasiyasının prezidenti Araz Musayev bıçaqlanıb.

Panarama.az "Unikal"a istinadən xəbər verir ki, hadisə Türkiyənin Antalya bölgəsində baş verib. 

Yayılan video görüntülərdə A.Musayevə ətrafdakı şəxslər tərəfindən yardım edildiyi görünür. O, Antalyada Kəmər Dövlət Xəstəxanasına yerləşdirilib.

Videonu təqdim edirik: