66d4902db077d202409240253
Azərbaycanlı aktyor: "Cesika adlı itin ad günündə tamada olmuşam, axırda it..." - FOTO

Tanınmış bloger və aktyor Kamran Razmovar Baku TV-nin məşhur layihəsinin qonağı olub.

Panarama.az musavat.com-a istinadən bildirir ki, o, aparıcı Kamran Ağabalayevin suallarına cavab verərkən həyatına dair çox maraqlı detalları açıqlayıb.

Bəlli olub ki, Kamran Razmovar erkən gəncliyində Bakıda dondurma satıb və ruzusunu bu cür qazanıb. Xalq artisti Yaşar Nuri ilə rastlaşması isə onu aktyorluğa gətirib. Universiteti bitirəndən sonra Gənc Tamaşaçılar və Axundov adına Rus Dram Teatrlarının aktyoru işləyib. Bu sənətdə də pul olmadığından, Razmovar tamadalığa başlayıb. Seyr edəcəyiniz bu videoda da özünün dediyi kimi, bu sənətdə də başına qəribə hadisələr gəlib. Məsələn, bir bəyin iki evlilikdə də tamadası olub. Ən kuryoz hadisə isə Bakıda "Cesika" adlı itin 10 illik yubileyində tamada olmasıdır. Bəlli olur ki, itin ad gününə hətta Rusiyadan da hörmətli qonaqlar gəlibmiş. Sonda "Cesika" doğum günü tortunun şamlarını da söndürüb.

01.09.2024 20:02
340

(MGID): :
OXŞAR XƏBƏRLƏR