6672f7e5f15db202406242317
Azərbaycanlı ana-oğul dənizdə BOĞULDU

Türkiyədə azərbaycanlı yeniyetmə dənizdə boğulub.

Panarama.az lent.az-a istinadən bildirir ki, hadisə Qara dənizin ən təhlükəli sahillərindən olan Şile rayonu ərazisində qeydə alınıb. 17 yaşlı Yusif Camalov dənizdə yoxa çıxandan sonra onun meyiti səhər saatlarında tapılıb.

Mərhumun atası Araz Camalov bildirib ki, oğlu ilə yanaşı xanımı da suda boğulub:

"Həyat yoldaşımı qurtara bilsəm də, oğlumu qurtara bilmədim, gücüm çatmadı. Çimərlikdə heç bir xilasetmə, təhlükəsizlik qüvvələri yoxdur. Əgər belədirsə, bağlansın ora. Hər gün 3-4 nəfər boğulub ölür".

19.06.2024 19:20
2237

OXŞAR XƏBƏRLƏR