658459014ad2c202312232553
Azərbaycanlı biznesmenə silahlı hücum: başından güllələndi
ABŞ-da azərbaycanlı biznesmen güllələnərək öldürülüb.

Panarama.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Texas ştatında qeydə alınıb.

Azərbaycanlı biznesmen Kənan Əliyev öz avtomobilində silahlı hücuma məruz qalıb.
Biznesmen başından güllələnərək qətlə yetirilib.

Kənan Əliyevin nəşi Azərbaycana gətirilərək Bakıda dəfn edilib.

Qeyd edək ki, K.Əliyevin anası Kəmalə Əliyeva da bu ilin aprelində ABŞ-da faciəli şəkildə ölmüşdü.

Belə ki, ABŞ-a oğlunun yanına qonaq gedən Kəmalə Əliyeva Niaqara şəlaləsinə gedərkən yol qəzasında həlak olub.


21.12.2023 19:24
700

(MGID): :
OXŞAR XƏBƏRLƏR