666898bd32de4202406243437
Azərbaycanlı futbolçu faciəvi şəkildə vəfat etdi

“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandasının oyunçusu Amid Alxasov faciəvi şəkildə dünyasını dəyişib.

 

Sfera.az xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsində məlumat paylaşılıb.

 

“Sabah” FK gənc futbolçu Amid Alxasovun faciəvi şəkildə dünyasını dəyişməsindən kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir” - , paylaşımda qeyd olunub.

 

Qeyd edək ki, A. Alxasov ötən mövsümü icarə əsasında “Səbail” PFK-nın U-19 komandasında keçirib.


11.06.2024 22:33
1369

(MGID): :
OXŞAR XƏBƏRLƏR