66d03e7948819202408242513
Azərbaycanlı gənc Rusiyada öldürüldü

Azərbaycanlı gənc Rusiyanın Surqut şəhərində qətlə yetirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Masallının Şatıroba kənd sakini Allahqulu Əlihüseyn oğlu Səfərov naməlum şəraitdə bıçaqlanaraq öldürülüb. Hadisə ötən gün qeydə alınıb.

Qətlin hansı zəmində törədilməsi hələlik məlum deyil.

Mərhumun yaxınlarının saytımıza verdiyi məlumata əsasən, Allahqulu Səfərov doğulub-böyüdüyü Şatıroba kəndində dəfn ediləcək. Onun cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.

29.08.2024 13:23
156

(MGID): :
OXŞAR XƏBƏRLƏR