67abc4a9854ef202502254409
Azərbaycanlı iş adamı 120 bıçaq zərbəsi ilə öldürüldü - FOTO

Azərbaycanlı gənc iş adamı, Masallının Şatıroba kənd sakini Allahqulu Əlihüseyn oğlu Səfərov Rusiyanın Surqut şəhərində 120 bıçaq zərbəsiylə qətlə yetirilib. O, uzun müddətdir Rusiyada yaşayırdı. Hadisəni 3 nəfər - İbrahim Məmmədli, Fərman Kərimzadə, Emil Əhmədov birgə törədib. Cinayətkarlar 2000-2001-ci il təvəllüdlü Azərbaycan vətəndaşları olub.

 

Panarama.az bildirir ki, atası Əlihüseyn Səfərovun sözlərinə görə oğlunun 35 yaşı olub. Bir qız atası olan mərhum ailəli olub.

Allahqulu hadisəni törədən 3 nəfərlə idman zalında tanış olub. Hadisə pul üstündə baş verib. (Axar.az)

 

12.02.2025 01:43
848

(MGID): :
OXŞAR XƏBƏRLƏR