Moskva yaxınlığındakı Serpuxovda kişi keçmiş sevgilisini binanın girişin yaxınlığında pusquya salıb, ona benzin tökərək yandırıb.
Panarama.az-ın xarici mediaya istinadla xəbərinə görə, hadisə sentyabrın 23-də səhər saatlarında baş verib. Şübhəli şəxsin 49 yaşlı Azərbaycan əsilli Əliyev Ayət Qərib oğlu olduğu bildirilir.
Məlumata görə, kişi keçmiş sevgilisinin evdə gecələmədiyini öyrənib və qisas almaq qərarına gəlib.
Hadisə şahidləri yanğını söndürə bilib və təcili yardım çağırıblar. O, hazırda reanimasiyadadır və bədəninə və əzalarına yanıq diaqnozu qoyulub. Həmin şəxs axtarılır, hadisə ilə bağlı cinayət işi açılıb./lent.az