Göründüyü kimi, Azərbaycan kişiləri ilə tanışlıq həqiqətən asan deyil! Bəlkə bu da bizim tez-tez formalaşmış stereotiplər əsasında qiymətləndirmə aparmağımızdan irəli gəlir. Ancaq bu stereotiplərin bəziləri doğrudur. Yəni Azərbaycan kişiləri həqiqətən diqqətcil, qayğıkeş və mehribandırlar. Lakin ünsiyyət asanlığında, məsələn, elə tanışlıq zamanı sınadığımda müəyyən çətinliklərlə üzləşdim. Bulvarda gəzinti vaxtı kişilərin 80%-i söhbətə başlamamış qaçırdı! Yəqin qadınların ilk addımı atmaqla bağlı təşəbbüslərinə alışmayıblar. Bu, mənim üçün ilk dərs oldu. Bu gözəl ölkədə şərtlər və ənənələr indiyə qədər qorunaraq saxlanılıb.