Bir neçə ay öncə burnunda rinoplastika əməliyyatı keçirmiş müğənni Zemfira İbrahimova yenidən plastik əməliyyat etdirib. O, bu dəfə göz qapaqlarına toxunuşlar etdirməklə həm gəncləşib, həm də tülkü göz effekti əldə edib.
Bu barədə Zemfira xanım öz sosial şəbəkə hesabında xəbər verib.
O bildirib ki, 9 gün öncə blefaroplastika əməliyyatı keçirib. Gözlərinin ətrafında göyərmə və şişkinlik nəzərə çarpsa da, müğənni əməliyyatdan məmnun qaldığını bildirib.