663fb0e4382b6202405245444
Azərbaycanlı müğənni maşınla iki azyaşlını vurdu

Mayın 8-də paytaxtın Suraxanı rayonu ərazisində iki azyaşlının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Panarama.az “Qafqazinfo”ya istinadən yazır ki, azyaşlıları vuran “Changan” markalı avtomobili tanınmış müğənni Ziba Osmanova idarə edib.

Nəticədə azyaşlılar xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hazırda polis orqanında təhqiqat araşdırması aparılır. Müvafiq ekspertiza təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

11.05.2024 21:52
1640

OXŞAR XƏBƏRLƏR