65264de2df4da202310232522
Azərbaycanlı müğənninin toyu oldu - FOTO/VİDEO

Azərbaycanlı müğənni Sevinc Musayeva ailə həyatı qurub.

Panarama.az BAKU.WS-ə istinadən xəbər verir ki, sənətçi Əli adlı bəylə evlənib.

Cütlüyün şad günü ötən gün paytaxt restoranlarından birində keçirilib. Məclisdə bəzi yerli şou nümayəndələri və tanınmış aparıcılar da yer alıblar.

Onlar gecədən olan görüntüləri sosial şəbəkə hesablarında yayımlayaraq Sevincə ailə həyatında xoşbəxtlik arzu ediblər. 

Xatırladaq ki, Sevinc Musayeva "Yeni ulduz" müsabiqəsinin iştirakçısı olub. 


11.10.2023 11:22
588

(MGID): :
OXŞAR XƏBƏRLƏR