Dağıstan Daxili İşlər Nazirliyinin istintaq idarəsinin rəisi Rüfət İsmayılovun evində və iş otağında axtarış aparılıb.
Onun hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasının səbəbi hələlik açıqlanmayıb. Lakin onun rüşvətxorluqda şübhəli bilindiyi deyilir.
Qeyd edək ki, teleqram kanallarında İsmayılovun müavini Dalqat Abdulqapurovla birlikdə Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən dindirilmək üçün Moskvaya aparıldığı barədə məlumat yayılıb.
Xatırladaq ki, İsmayılov Dərbənddə anadan olub və Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Nijni Novqorod Akademiyasını bitirib. Daha sonra Dərbənd Şəhər Daxili İşlər Şöbəsinin istintaq işi üzrə rəis müavini vəzifəsində çalışıb. Rüfət İsmayılov 2019-cu il dekabrın 4-də nazir müavini vəzifəsinə təyin edilib və bir neçə ay bu vəzifədə çalışıb.
Məlumata görə, İsmayılov Dərbənd Azərbaycan diasporunun nüfuzlu simalarından olan hakim Hikmət İsmayılovun oğludur./lent.az