Məşhur stilist Anar Ağakişiyev yeni açıqlaması ilə diqqət çəkib.
Panarama.az BAKU.WS-ə istinadən xəbər verir ki, "A-Star" layihəsinə qonaq olan stilist şəxsi həyatında xoşbəxt olmadığını bildirib:
"İçimdə xoşbəxtçilik hissi yoxdur. Bunu açıq deyirəm. Hər hansı bir markadan ayaqqabı alanda özümü çox xoşbəxt hiss edirəm. Yaxud da ki, ən ucuz markadan bir köynək alsam yenə də özümü xoşbəxt hiss edirəm. Bəlkə də bu bir növ xəstəlikdir. Xoşbəxt deyiləm. Amma bədbəxt də deyiləm. Naşükürlük etməyim. Amma mən də o xoşbəxtçilik duyğusu qalmadı".