6851d082dee97202506253058

AzTV üzr istədi

18 İyun 2025
183

Azərbaycan Dövlət Televiziyası tamaşaçılardan üzr istəyib.

 

Panarama.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə telekanalın yaydığı açıqlamada deyilir:

 

“AzTV Xəbər”in 20.00 buraxılışında İran İslam Respublikasının sabiq Prezidenti Mahmud Əhmədinejata qarşı sui-qəsd törədilməsi ilə bağlı məlumat verilib.

 

Xəbər rəsmi mənbələrdə təsdiqini tapmadığına görə, tamaşaçılardan üzr istəyirik”.

 

Qeyd edək ki, sabiq prezidentin ofisi də yayılan xəbərləri təkzib edib.