653c79bef2300202310230222
Badamcıqları hansı halda əməliyyat etmək olar? - ARAŞDIRMA

Orqanizmdə heç bir orqan lazımsız deyil, hər birinin öz funksiyası var. Boğaz ətinin funksiyası da kiçik yaşlarda mikroblara qarşı orqanizmi qorumaqdır. Lakin özləri infeksiyalaşdıqda orqanizm üçün daha təhlükəli toxuma halına gəlirlər və orqanizmdə i nfeksiya mənbəyinə çevrilirlər.


Panarama.az Sağlamolun.az-a istinadən bildirir ki,  boğaz ətinin hansı hallarda kəsilməli olduğunu araşdırıb:

1.Boğaz əti iltihabı uşaqlarda il ərzində 3 ilə 5-dən artıq, böyüklərdə 2-dən artıq təkrarlandığında


2.Ölçüsünün böyük olub nəfəs dayanmasına səbəb olduğu halda


3.Qidalanma və nəfəs alma çətinliyinə səbəb olduğu halda


4.Boğaz ətində şiş toxumasının olmasına şübhə olduqda


5.Ağız qoxusuna səbəb olduğu halda


6.Limfa vəzilərinin şişməsinə səbəb olduğu halda


7.Ürək qapaq xəstəliyi olan insanlarda


8.Böyrək iltihabına səbəb olduğu halda


9.Üz çənə inkişafını pozan badamcıq böyümələrində


Boğaz əti ilə bağlı hansısa şikayətiniz varsa mütləq həkimə müracət edin.
Bu sağlamlığınız üçün çıx vacibdir.

28.10.2023 06:58
409

(MGID): :
OXŞAR XƏBƏRLƏR