64fa8d35ee3e6202309235549
Bağban ev sahibini bıçaqladı
Bakının Xəzər rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

Panarama.az lent.az-a istinadən  xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb.

Bağ evlərinin birinin sahibi, 1983-cü il təvəllüdlü Məmmədzadə Vüsal Mahir oğlu həmin evdə bağban işləyın şəxslə mübahisə zamanı bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırılır.
 

08.09.2023 06:51
269

(MGID): :
OXŞAR XƏBƏRLƏR