64e58b0e6679e202308232902
Bağça müdiri olmaq istəyənlər üçün imtahan keçirilir

Bu gün məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilir. “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul Qaydaları”na əsasən, məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul ilk dəfə mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə elektron sistem üzərindən həyata keçirilir.

Panarama.az Lent.az-a istinadən bildirir ki, Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən verilən məlumata görə test imtahanında hər bir namizədə məktəbəqədər təhsil və idarəetmə, oxuyub-anlama bacarığı, məntiq və məktəbəqədər təhsilin məzmunu istiqamətləri üzrə hər biri 15 sual olmaqla ümumi 60 sual təqdim edilir. Hər bir namizəd üçün imtahanda 120 dəqiqə vaxt ayrılır.

Test imtahanı mərhələsində göstərilən hər bir istiqamət üzrə minimum 5 bal olmaqla ümumi 30 bal və daha yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsinə buraxılırlar. Müsahibə mərhələsində namizədlər ünsiyyət və təqdimetmə bacarığı, liderlik və idarəetmə bacarığı, məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsi meyarları əsasında 5 ballıq şkala ilə qiymətləndirilir. Müsahibədə 3,5 və daha yüksək bal toplamış namizədlər həmin mərhələdən keçmiş hesab edilir. Müsahibə mərhələsinin nəticəsinə əsasən, namizədlərin vakant yerlərə yerləşdirilməsi yerli təhsili idarəetmə orqanının rəyinə uyğun olaraq komissiya tərəfindən aparılacaq.

Qeyd edək ki, müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə, ilk növbədə, dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslər buraxılacaq.

23.08.2023 08:27
204

(MGID): :
OXŞAR XƏBƏRLƏR