Bakı bulvarında batmaqda olan qadın xilas edildi - ANBAAN GÖRÜNTÜ...
Dənizkənarı bulvarda suda batmaqda olan qadın xilas edilib.
Panarama.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib.
Qeyd olunub ki, Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Bakı-bulvarı" dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1968-ci il təvəllüdlü Nazilə Balaxan qızı Eminova dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib