678dfec3be205202501254403
Bakı bulvarında gəzintiyə çıxan vəkil qəfil DÜNYASINI DƏYİŞDİ - FOTO

Dünən Bakı bulvarında ölüm hadisəsi baş verib.

Panarama.az E-huquq.az-a istinadən xəbər verir ki, aprelin 25-i saat 16 radələrində Neftçilər prospektində Vəkillər Kollegiyasının üzvü, 1975-ci il təvəllüdlü vəkil Kənan Saleh oğlu Əliyev qəfil vəfat edib.

Dənizkənarı Milli Parkda gəzinti zamanı dünyasını dəyişən vəkilin ölümünə ürək çatışmazlığının səbəb olduğu bildirilib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə: Qafqazinfo

26.04.2025 11:13
368

(MGID): :
OXŞAR XƏBƏRLƏR