Paytaxt küçələrini yarış meydanı ilə səhv salan lüks avtomobillərin yeni görüntüləri yayılıb.
Panarama.az Oxu.Az-a istinadən xəbər verir ki, ötən gecə paytaxtın Nəsimi rayonu Rəşid Behbudov küçəsində bir neçə lüks avtomobilin sahibləri bir-birləri ilə sürət yarışına çıxıblar.
Nəticədə avtomobillər idarəetməni itirərək yol kənarında dayanan maşınlara və piyada səkisinə çırpılıblar. Zəncirvari qəza zamanı bir nəfər xəsarət alıb.
Hazırda faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Sözügedən lüks avtomobillərin qəzadan sonrakı görüntülərini təqdim edirik: