Bu gün paytaxtda yenidən geomaqnit qasırğası müşahidə olunacaq.
Panarama.az BAKU.WS-ə istinadən xəbər verir ki, qasırğa səhər saat 09 radələrindən başlayacaq və 12-dən etibarən güclənərək orta səviyyəyədək yüksələcək. Qasərğanın mayın 15-dək davam edəcəyi gözlənilir.
Meteohəssas insanların bu günlərdə çoxlu istirahət etməsi, stressdən uzaq durması və həddindən artıq fiziki yüklənmələrə yol verməmələriməsləhət görülür.