66533ada06d5a202405243626
Bakı metrosunda bədbəxt hadisə

Qatardan düşərək "Koroğlu" metrostansiyasını tərk edən kişi sərnişin özünü pis etdiyindən yuxarı vestibüldə əməkdaşa yaxınlaşıb.

Panarama.az bildirir ki, bu barədə News24.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Dərhal təcili tibbi yardım xidməti çağırılıb. Zahiri görkəminə görə 45-50 yaşı olduğu təxmin edilən sərnişin az sonra dünyasını dəyişib. Stansiyaya gəlmiş tibbi yardım personalı ölüm faktını təsdiq edib.

10.06.2024 06:09
918

OXŞAR XƏBƏRLƏR