6632b0818d966202405241337
Bakı metrosunda qorxulu anlar: Gənc oğlan qatar yoluna düşdü - ANBAAN VİDEO

Bu gün Bakı metrosunda qorxulu anlar yaşanıb.

Panarama.az baku.ws-ə istinadən xəbər verir ki, bir nəfər metronun "Gənclik" stansiyasında qatar yoluna düşüb.

Sözügedən şəxs digər şəxslərin müdaxiləsindən sonra platformaya çıxarılıb.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumatı saytımıza təsdiq edib.
"Gənc sərnişin stansiya yoluna düşüb. Dərhal yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti çağırılıb. İlkin tibbi yardımdan sonra sərnişin öz yoluna davam edib. Hadisə qatarların hərəkətinə təsir etməyib, yəni yubanma olmayıb", - qurum rəsmisi bildirib.

Sözügedən görüntüləri təqdim edirik:


02.05.2024 01:11
163

OXŞAR XƏBƏRLƏR