65030b40bc078202309233144
Bakı metrosundan istifadə edənlərin nəzərinə - Sentyabrın 15-i səhər saat 06:00-dan...

Sentyabrın 15-dən Bakı metropolitenində qatarların hərəkəti payız-qış qrafikinə uyğun tətbiq ediləcək. Bu səbəbdən “Bakmil” stansiyası və əksinə hərəkət edən qatarların hərəkət cədvəlinə də dəyişikliklər edilib.

Panarama.az BAKU.WS-ə istinadən xəbər verir ki, qatarların qeyd edilən istiqamətlərdə hərəkət cədvəli “metro.gov.az” saytının “Sərnişinlər üçün” bölməsinin “Qatarların hərəkət cədvəli” yarımbölməsində dərc edilib.

Qeyd edək ki, yeni qrafik sentyabrın 15-i səhər saat 06:00-dan qüvvəyə minir.

14.09.2023 17:31
237

(MGID): :
OXŞAR XƏBƏRLƏR