660ba7ac7e019202404243732
Bakı sakinlərinə XƏBƏRDARLIQ: Aprelin 2-si 18:00-dan...
2024-cü ilin aprelində metohəssas insanlara zərər verə biləcək dörd maqnit qasırğası gözlənilir.
 Paytaxt Bakıda geomaqnit qasırğası müşahidə olunacaq.
 
Panarama.az xəbər verir ki, geomaqnit qasırğası aprelin 2-si saat 18:00-dan etibarən başlayacaq və aprelin 5-i 15:00-a qədər davam edəcək.  Mütəxəssislər bir ay ərzində dörd qasırğanın olacağını proqnozlaşdırırlar, onlardan biri güclü olacaq. 
Aprelin 3-dən 5-nə kimi ilk geomaqnit qasırğası gözlənilir və güclü olmayacaq. Sonra növbəti zəif maqnit qasırğası ayın 10-u və 11-i üçün proqnozlaşdırılır.
 
Aprelin 19-dan 22-dək uzun və eyni zamanda güclü maqnit qasırğası gözlənilir. Günəşin aktivliyi artacaq. 
Ayın sonuncu yüksək günəş aktivliyi 29 və 30-da baş verəcək. Bu fırtına zəif olacaq.Bu fırtına proqnozları qeyri-dəqiq və zamanla dəyişə bilər.
  Qeyd edək ki, geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər. Adətən dərman qəbul edən hipertoniya və insult xəstələri, asmatik problemi, ürək və yaxud hər hansı bir xroniki, iltihabi, yoluxucu xəstəliyi olanlar, nəfəsalmada problemlə üzləşənlər maqnit qasırğası zamanı təzyiqin oynaması, aşağı enməsi və yuxarı qalxması nəticəsində özlərini narahat hiss edə bilərlər. Mütəxəssislər belə şəxslərə çölə çıxmamağı məsləhət görür./referans.az
02.04.2024 10:36
969

(MGID): :
OXŞAR XƏBƏRLƏR